Hazırda paytaxtın bu küçələrində tıxac var - Siyahı

hazirda-paytaxtin-bu-kucelerinde-tixac-var
Oxunma sayı: 1835

Hazırda Bakıda tıxacın olduğu ərazilərin adları açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu dəqiqlərdə paytaxt yollarında, o cümlədən də 28 May küçəsi-Rəşid Behbudov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsi-Mərkəzi Bank istiqaməti, Tbilisi prospekti-hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi-Fətəlixan Xoyski prospekti istiqamətində, Ziya Bünyadov prospekti - hər iki istiqamətdə, Üzeyir Hacıbəyov küçəsi - mərkəz istiqamətində sıxlıq müşahidə edilir.

Hazırda yollarda hərəkətin normal axınını təmin etmək üçün zəruri tədbirlər görülür. Mümkün olan küçə və prospektlərdə yaşıl dalğa tətbiq edilir.    

Tıxac səbəbindən əksər marşrut xətlərinin intervalında gecikmələr yaranıb.