HDP-li keçmiş həmsədrlər haqda həbs qərarı verildi

hdp-li-kecmis-hemsedrler-haqda-hebs-qerari-verildi
Oxunma sayı: 2423

Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ azadlıqdan məhrum ediliblər.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərar Ankara 1-ci Cəza Məhkəməsində çıxarılıb. Dəmirtaşla Yüksəkdağ 6-8 oktyabr 2014-cü ildə Kobani (Ayn əl-Ərəb) hadisələri zamanı 32 rayonda təşkil edilmiş iğtişaşlarda 38 nəfərin ölümündə, çoxsaylı vətəndaşın yaralanmasında, ictimai obyektlərin, avtomobillərin yağmalanaraq ziyan vurulmasında günahkar biliniblər.

Dəmirtaş həbsdə olduğu 35 ay da daxil olmaqla 4 il 8 ay həbsə məhkum edilib. Yüksəkdağ haqqında isə yeni istintaq başladılıb.