Həbib Axundova 50 min manat verməlidirlər - Məhkəmə qərar verdi

hebib-axundova-50-min-manat-vermelidirler
Oxunma sayı: 3809

Millət vəkili Elmira Axundova və oğlu Həbib Axundovun keçmiş biznes ortaqları Fərman Məmmədov və digər şəxslərə qarşı məhkəmə iddiası üzrə qərar elan olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat və oğlu iddia ərizəsində Fərman Məmmədov, Elvin Vəliyev, Şamil Məhərrəmov, Sabir Ağayev və Feyruz Həşimovun onların barəsində mətbuatda yaydıqları şərəf və ləyaqətlərini alçaldan məlumatları təkzib etmələri, eyni zamanda mənəvi zərərə görə cərimələnmələrini istəyiblər.

F.Məmmədov da qarşılıqlı iddia ilə E.Axundov və oğlu H. Axundova qarşı oxşar tələb irəli sürüb.

Tərəflərin iddia ərizələrinə Binəqədi Rayon Məhkəməsinin hakimi Kamran Əsədovun sədrliyi ilə baxılıb. H. Axundovun iddiası üzrə hər bir cavabdehdən 10 min manat olmaqla, ümumi 50 min manat pulun tutularaq deputat oğluna verilməsinə qərar verilib. Cavabdehlər məhkəmənin hökmü ilə yalan məlumatlar hesab edilən informasiyaların yayımlandığı media orqanlarında təkzib verməlidirlər.

Eyni zamanda, Həbib Axundovdan da 10 min manat tutularaq Fərman Məmmədova verilməsi barədə qərar çıxarılıb. Deputat oğlu həm də F.Məmmədov barəsində dediklərini mediada təkzib etməlidir.

Millət vəkili Elmira Axundovanın iddiası üzrə isə Feyruz Həşimov istisna olmaqla, digər 4 cavabdehin hər birindən 10 min manat olmaqla, ümumi 40 min manat tutularaq deputat verilməsinə qərar verilib. Həmin şəxslər həm də deputat barədə dediklərini təkzib etməli olacaqlar.

F. Məmmədovun Elmira Axundovaya qarşı iddiası isə təmin olunmayıb.