Həbib və Konorla bağlı iclas təxirə salındı

hebib-ve-konorla-bagli-iclas-texire-salindi
Oxunma sayı: 1429

Nevada Atletika Komissiyası rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla irland idmançı Konor Makqreqorun davası ilə bağlı iclası təxirə salıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, komissiyanın icraçı direktoru Bob Bennetin sözlərinə görə, Həbibin vəkilləri ilə amerikalı təmsilçilər toplantıdan əvvəl hər hansı bir qərara gələ bilməyiblər və iclasın təxirə salınması istənilib. Müzakirələr yanvarın 29-da aparılacaq. 

Xatırladaq ki, oktyabrın 6-da Las-Veqasda UFC 229 turniri zamanı qələbədən sonra Həbib tamaşaçı zalına qaçaraq irland məşqçi ilə davaya başlayıb. Nurməhəmmədovun sekundantı Zubayr Tuxuqovla əmisi oğlu Əbubəkr isə oktaqonda Konorla dalaşmışdılar.