Həbib verdiyi sözə əməl etdi

hebib-verdiyi-soze-emel-etdi
Oxunma sayı: 7730

MMA döyüşçüsü Dastin Puarye məğlub olduğu rusiyalı idmançı Həbib Nurməhəmmədova təşəkkür edib.

"Qafqazinfo" xəbər verir ki, Həbib Puaryeyə verdiyi vədinə əməl edib.

Bu barədə amerikalı idmançının rəhbəri olduğu "The Good Fight Foundation" fondunun tvitter hesabında yazılıb:

"Xeyriyyəçiliyin və sözünə əməl etdiyin üçün çox sağ ol. Sənin addımın insanlara kömək edəcək".

Qeyd edək ki, sentyabrın 7-də Abu-Dabidə baş tutan döyüşdən sonra rəqiblər bir-biri ilə formalarını dəyişiblər. Həbib Nurməhəmmədov geyimi hərracda satacağını, əldə edəcəyi məbləği isə Puaryenin xeyriyyə fonduna köçürəcəyini vəd edib.