Həbibin 18 yaşlı oxşarı tapıldı

hebibin-18-yasli-oxsari-tapildi
Oxunma sayı: 2102

Çeçenistanda UFC çempionu Həbib Nurməhəmmədovun bənzəri tapılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Həbibə oxşarlığı ilə diqqət çəkən 18 yaşlı Əziz Nuriyev də idmançıdır. Bəzi media orqanları isə Həbiblə Əzizin qohum olduqlarını yazır. Bunu isə onların hər ikisinin eyni rayonda anadan olmaları ilə əlaqələndirirlər.

Nuriyevin sözlərinə görə, məhz Həbibə oxşadığına görə döyüş sənəti ilə məşğul olmağa həvəslənib.