Həbibin növbəti rəqibi odur

Həbibin növbəti rəqibi odur
Oxunma sayı: 3374

UFC çempionu Həbib Nurməhəmmədovun gələcək rəqibinin adı açıqlanıb.

“Qafqazinfo” “TMZ”yə istinadən xəbər verir ki, bu, kanadalı Jorj San-Pyerdir. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz bildirib:

“Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək”.

Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək baş tuta bilər.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu adını növbəti dəfə qoruyub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi