Həbs olunan müğənnimiz azadlıqda

hebs-olunan-mugennimiz-azadliqda
Oxunma sayı: 1994


"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, "Şadan" qrupunun rəhbəri, keçmiş “Şeron”çu İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulmuşdu. Bir neçə ay öncə Rusiyadan birdəfəlik deportasiya edilən İntizar təxminən 10 gün öncə sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən hüquq-mühafizə işçiləri tərəfindən saxlanılmışdı. 50 gün ərzində müğənninin Moskvadan kənara çıxmasına qadağa qoyulmuşdu. 

Ötən gün qrupun həbs edilən üzvlərinin məhkəməsi olub və onlar sərbəst buraxılıblar. Qrupun üzvü Rəşad Ziyadxan bu barədə məlumat verib.