Həbs olunan “NİDA”çılar danışdı - Video

hebs-olunan-nidacilar-danisdi-video
Oxunma sayı: 1253

“Qafqazinfo”nun məlumatına görə, gənc fəal Məmməd Əzizov bildirib ki, onlara olunan təklif əsasında Misirdə kütləvi iğtişaşlarında da geniş yayılan Molotov kokteylindən istifadə etmək , ehtiyac yaradığı halda isə barrikadalar qurmaq, Bəxtiyar Quliyev isə hazırlanan partlayıcı maddədən polislərə qarşı istifadə etməklə xaos yaratmaq niyyətində olduqlarını deyiblər.

Xatırladaq ki, Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri , Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, həmin gənclər martın 10-da “Əsgər ölümünə yox!” şüarı ilə keçiriləcək etiraz aksiyasından 3 gün öncə saxlanıb. İctimai fəallar hərbi hissələrdə əsgərlərin qeyri-döyüş itkisinə etiraz edir, günahkarların cəzalandırılmasını tələb edirlər.