Həbs olunan repçiyə təzyiq – “O mahnı silinməlidir”

hebs-olunan-repciye-tezyiq-o-mahni-silinmelidir
Oxunma sayı: 707

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Dado” ləqəbli reperin qardaşı deyib.

O bildirib ki, dünən qardaşı ilə görüşüb: ““Dado” deyir ki, ona polislər təzyiq göstərib, alçaldır, təhqir edirlər. Əsas məqsədləri isə YPX mahnısının internetden silinməsidir”.

Qardaşı həmçinin qeyd edib ki, polislər Dadoya xəbərdarlıq ediblər ki, əgər mətbuata müraciət etsə, gələn dəfə başına başqa oyun açacaqlar.

Qeyd edək ki, məşhur reperin qardaşı dünən “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Dado”nun həbsinə səbəb məhz yazdığı “Dado YPX” adlı repidir. Nəsimi rayon məhkəməsinin qərarı ilə Əli Səidə 10 sutka həbs cəzası veriblər.

DİN mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə reperin tutulmasından xəbərdar olduğunu bildirib. Amma bu barədə məlumat almaq üçün Nəsimi rayon polis idarəsinə zəng etməyimizi bildirdi. Nəsimi rayon polis idarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, Əli Səid adlı şəxs idarəyə gətirilməyib.

***
Dadonun dostu müğənni Səidə Sultan hadisə ilə bağlı saytımıza açıqlama verib.

“Dadonu oxuduğu mahnıya görə tutublar. Şöbəyə çağıranda bildiriblər ki, cərimə ödəmək üçün çağırırlar, amma əslində oxuduğu mahnı üçün həbs ediblər. Onu zirzəmiyə salıblar və neçə gündü orada onu ələ salırlar və polislər Dadoya deyiblər ki, səni buradan mavi kimi çıxaracağıq”.

Müğənni onu da əlavə edib ki, mən müstəqil Azərbaycan respublikasında yaşayıram və dövlətimə də inanıram: “Belə özbaşınalıq edib dövlətin adına xələl gətirən şəxslərin cəzalanmasını çox istərdim.Çünki mən Azərbaycan polisinə inanıram və güvənirəm. Bu özbaşınalığı edənlər polis adına xələl gətirənlərdir”.


Sözügedən repi bir daha təqdim edirik: