Həbs olunmasaydı, toyu olacaqdı...

Həbs olunmasaydı, toyu olacaqdı...
Oxunma sayı: 4788

“Sənətim meyxanadır. İçkili olub cinayət törətmişəm. İlk dəfə 16 yaşımda soyğunçuluq etmişəm. Rayona getməyə yol pulum yox idi. Taksi sürücüsünə qarşı soyğunçuluq etdim. Pulunu götürüb qaçanda telefonum maşınına düşmüşdü. Nömrələrlə əlaqə saxlayıblar, məni belə tapdılar. Özüm də polisə təslim oldum”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Rezonans” verilişində həbsə olan meyxanaçı Rasim Tağıyev deyib.  

Rasim deyir ki,  həbsə düşməmişdən bir neçə gün sonra toyu olacaqmış:

“5 il həbs cəzası aldım. Ordan çıxandan sonra 11 ay keçmişdi ki, içkili halda yenə bu cür şey etdim. Anama dedim ki, uşaqlarla görüşməyə gedirəm, qoymaq istəmirdi.Dostlarımla içdim. Sərhədə getdim, Türkiyə vətəndaşını Qazaxa gətirdim. Dedim qadını Şəmkirə gətirmək lazımdı, 400 dollar verəcək. Sonra onun pullarını alıb qaçdım. 2050 dollar pulu var idi. 

Tutulandan sonra nişanım qayıtdı. Bu cinayəti də ehtiyacdan törətdim. Toyum olmalı idi. Bakıya gedəndə rəis mənə zəng elədi ki, Rasim, burada türkü soyublar, bilirik sən deyilsən. Gəl, izahat yazaq sonra get. Gördüm ki, üstü açılır deyə özüm gedib təslim oldum. Mənim tək narahat olduğum şey azadlıqdır. Çox darıxıram”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi