Həbsdə olan Dəniz nişanlısından ayrılıb?

hebsde-olan-deniz-nisanlisindan-ayrilib
Oxunma sayı: 1046

Türkiyənin məşhur  müğənnisi Dəniz Səkinin nişanlısından ayrılması ilə bağlı xəbərlər yayılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Aramızda  qalsın”adlı proqramının aparıcısı Hakan Ural belə bir iddia ilə çıxış edib. H. Ural  bildirib ki, D. Səki nişanlısı Faruk Salmanla münasibətlərinə son qoyub. Onun sözlərinə görə, münasiblətləri F. Salman bitirib. Çünki ailəsi oğullarının həbsdə yatan müğənni ilə evlənməsinə qarşıdır.

Hər iki tərəfin vəkili Naim Karakaya aparıcı tərəfindən irəli sürülən iddianın yalan olduğunu açıqlayıb. 

Qeyd edək ki, D. Səki 5 iyun tarixində həbsdən azadlığa çıxacaq.