Həbsdəki bələdiyyə sədrinə yeni hökm oxundu - Bu dəfə 8 il

hebsdeki-belediyye-sedrine-yeni-hokm-oxundu
Oxunma sayı: 1823

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən və hazırda həbsdə olan Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevə cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək V.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib. 

V.Nəbiyev bundan öncə də oxşar əmələ görə ittiham edilərək bu il fevralın 26-də 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Murad Əhməd