Həbsdəki hüquq müdafiəçisi aclığa başladı

hebsdeki-huquq-mudafiecisi-acliga-basladi-
Oxunma sayı: 641



Hazırda həbsdə olan və məhkəməsi gedən İctimai Palatanın Təhqiqat Qrupunun rəhbəri, hüquq müdafiəçisi Vidadi İsgəndərli iyulun 28-dən aclıq aksiyasına bsaşlayıb. Hüquq müdafiəçisinin aclıq aksiyasına başladığı iyulun 29-da davam edən məhkəmə prosesində bilinib. Prosesin özünə gəlincə, V.İsgəndərlinin vəkilləri müdafiə etdikləri şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib. Vəkillərin qaldırdığı başqa bir vəsatət – prosesin audio-video lentə alınması da rədd edilib.