Həbsdəki iş adamının qohumunun da məhkəməsi başladı

Həbsdəki iş adamının qohumunun da məhkəməsi başladı
Oxunma sayı: 575

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan iş adamı İlham Qasımovun bacısı oğlu, dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirli və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.  Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

S. Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Anar Əşrəfov da MTK-da vəzifə tutub. Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

"Real" MTK-nın rəhbəri İ.Qasımov milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 12 ilə endirib. 

İ.Qasımov  "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi də tanınıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi