Həbsdəki islamçının səhhətində problem yaranıb

hebsdeki-islamcinin-sehhetinde-problem-yaranib
Oxunma sayı: 642

O bildirib ki, A. Qəniyevin səhhətində problem yaranıb, psixoloji gərginliyi var: “Bu da onun haqsızlıqla həbs olunması ilə əlaqədardır. Düzdür, həbsxana rəhbərliyi ona diqqət yetirir, hətta ona tibb məntəqəsinə və Mərkəzi Xəstəxanaya köçürülməsini təklif etsə də o, bunu qəbul etməyib”- V. İboyev bildirib.

Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəmənin qərarından apelyasiya şikayəti verməyib. İslamçı Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.
Bu ilin iyunun 5-də məhkəmə Arif Qəniyevin cəzadan vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və iyunun 6-da islamçı azadlığa çıxıb.

Lakin 30.08.2012 tarixdə məhkəmə qərarı ilə A. Qəniyevin cəzadan vaxtından əvvəl azad etmə haqqında hökm ləğv edilərək yenidən həbs olunub.

Xatırladaq ki, Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. /islaminsesi.az/