Həbsdəki MTN polkovnikinin səhhətində problem yarandı

Həbsdəki MTN polkovnikinin səhhətində problem yarandı
Oxunma sayı: 1359

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə polkovnikin məhkəməyə gətirilmədiyi elan edilib. Hakim bildirib ki, V.Ələkbərovun səhhətində problem yarandığı üçün saxlanıldığı Bakı İstintaq Təcridxanasında gətirilə bilməyib.

Proses fevralın 15-də davam etdiriləcək.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. 

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi