Həbsdəki müstəntiq ata oldu

hebsdeki-mustentiq-ata-oldu
Oxunma sayı: 3034

Rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən müstəntiq Rüfət Səfərovun övladı dünyaya gəlib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün R.Səfərovun oğlu olub. Adını Sabir qoyublar. 

R.Səfərov Zərdab rayon prokurorluğunda işləyib. Atası, polkovnik Eldar Sabiroğlu uzun müddət Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri olub.

R.Səfərov 2016-cı il sentyabrın 8-də məhkəmə zalında həbs edilib.