Həbsdəki xalaoğluna bankada qulaqcıq aparanda “ilişdi” - - Foto

hebsdeki-xalaogluna-bankada-qulaqciq-aparanda-ilisdi-
Oxunma sayı: 1632


“Qafqazinfo”nun xəbərinə görə, bununla bağlı məlumatı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 334.1; 120.2.5 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Alim Almas oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Ramin Şölət oğlu Əmirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, dəmir konserv bankanın içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı, 1 ədəd “Azercell” danışıq kartı, 1 ədəd qulaqcıq, 2 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş batareya və 1 elekrtik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.