Həbslər başladı- - 18 nəfər saxlanıldı

hebsler-basladi-
Oxunma sayı: 3318


“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Röyter agentliyi məlumat verir.

Məlumdur ki, saxlanılanlar arasında Soma şəhərinin yaxınlığındakı şaxtada işləri yerinə yetirən dağ-mədən şirkətinin yüksək vəzifəli qulluqçuları olub. İstintaq tədbirləri keçiriləcək. Polis araşdırma ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Türkiyə tarixində ən böyük hadisə mayın 13-də baş verib. İlkin məlumata görə, yanğın və partlayış qısaqapanma səbəbindən olub.

Partlayış zamanı yerin altında 787 nəfər olub. 301 nəfər isə həlak olub. Dağıntılar yerində aparılmış axtarış işləri şənbə günü başa çatıb.

Sağ qalmış şaxtaçı Ərdal Bicak Assoşieyted Press agentliyinə müsahibəsində bildirib ki, mədənçilərin kütləvi məhvinə səbəb şirkət rəhbərliyinin səhlənkarlığı olub. O, həmçinin bildirib ki, təhlükəsizlik üzrə dövlət müfəttişləri heç vaxt şaxtanın aşağı səviyyələrinə enməyib və orada çətin iş şəraitləri görməyiblər. Mənbənin sözlərinə görə, mədəndə sonuncu yoxlama altı ay əvvəl aparılıb.

Qəzadan sonra Türkiyənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir. Nümayişçilər mədən sahiblərini təhlükəsizlik tədbirlərində və şaxtaçıların təlimində qənaət etməkdə günahlandırır.