Həbsxana işçisi özünü yandırmaq istədi

hebsxana-iscisi-ozunu-yandirmaq-istedi
Oxunma sayı: 691

O, dünən əlində iki plastik qabda ümumilikdə 10 litr benzinlə Penitensiar Xidmətin Baş İdarəsinin qarşısına gəlib. Burada Y.Nəsirov benzini üstünə töküb və alışqanla özünə od vurarkən polis əməkdaşları onun üzərinə atılıb. Polislər yeməkxana rəisinin intihar etməsinin qarşısını alıb. Y.Nəsirov nisbətən yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda onun hansı səbəbdən intihara cəhd göstərməsi araşdırılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, Y.Nəsirovun səhhətində problemlər var, o, əsəb xəstəliyindən müalicə olunur.