Həbsxanada aksiya başlayıb

hebsxanada-aksiya-baslayib
Oxunma sayı: 673

Məhbusların belə bir addım atmasına səbəb isə həbsxananın daxilində yerləşən ərzaq dükanında qiymətlərin həddindən artıq baha olmasıdır. Məhbusların ailə üzvlərinin verdiyi məlumatda deyilir ki, hal-hazırda həmin dükanda ərzaq məhsulları dəfələrlə baha qiymətə satılır.

Dəfələrlə bununla bağlı etiraz edilsə də, heç bir nəticə hasil olmayıb. Və yekunda məhbuslar qərara alıblar ki, aclıq aksiyası keçirməklə bu hərəkətə etirazlarını bildirsinlər: “Təsəvvür edin ki, Qobustan həbsxanasının içindəki dükanda 5 manatlıq kolbasanın qiyməti 10 manat, 20 qəpiklik çörək isə 50 qəpiyə satılır. Biz hələ digər ərzaq məhsullarını demirik”.

Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumatın həqiqətə uyğun olmadığını bildirdi.

FaktXeber.com