Həbsxanada hamilə qadınlar üçün yenilik

hebsxanada-hamile-qadinlar-ucun-yenilik
Oxunma sayı: 654

Trend-in məlumatına görə, bu barədə Pentensiar Xidmətin idarə rəisi Musa Hümbətov bu gün "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun və pis rəftarla mübarizə" adlı dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycandakı 3 istintaq təcridxanasında saxlanılan şəxslərin telefon danışıqlarını təmin etmək məqsədilə 58 yeni telefon xəttinin açılması üçün müvafiq müraciət olub, hər 3 istintaq təcridxanasına psixoloq təyin olunub.

Hümbətov qeyd edib ki, təqsirləndirilən şəxslərin daşınması üçün 13 avtomobil alınıb və onların sayı ilin axırına qədər iki dəfə artırılacaq.
İdarə rəisi deyib ki, saxlanılan vərəmli şəxslərin daşınması üçün əlavə maşın alınıb. Həmin avtomobil xüsusi səhiyyə avadanlıqları ilə təchiz olunub.