Həbsxanada üsyan - Məhkumlar yanğın çıxardı + Fotolar

hebsxanada-usyan
Oxunma sayı: 1566

İndoneziyanın Açe şəhərindəki həbsxanalardan birində məhkumlar üsyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, üç məhkumun başqa həbsxanaya köçürülməsinə etiraz edən digər məhkumlar yanğın çıxarıblar.

Digər həbsxananın 3 məhkumun ailələrinin qaldığı yerə uzaq olduğu üçün köçürməyə etiraz edilib.

Yanğın qısa zamanda söndürülüb. Xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən il ölkənin Riau bölgəsindəki bir həbsxanadan 440 məhkum qaçmışdı.