“Həbsxanaya yenicə təyin olunan rəisin elədikləri...” - Məhbus məktubu

hebsxanaya-yenice-teyin-olunan-reisin-eledikleri-mehbus-mektubu-
Oxunma sayı: 718

Bu dəfə də “Qafqazinfo”ya həbsxanalardan birindən məhbus məktubu daxil olub. Ancaq maraqlıdır ki, ictimaiyyətə də kifayət qədər tanış olan həmin məhbus adının qeyd olunmasını istəməyərək cəza çəkdiyi həbsxana haqqında bəzi müsbət qeydlər edib və bunun çap olunmasını bizdən xahiş edib. Biz də məhbusun xahişini nəzərə alaraq məktubunu müəyyən ixtisarlarla dərc edirik: “Bu məktubu yazmaqda heç bir məqsdim yoxdur. Mən neçə illərdir ki, cəza çəkirəm və bundsan sonra da cəzamın çəkilməmiş hissəsini burada keçirəcəyəm. Amma uzun illərdir bir neçə dəfə məhbusluq həyatı yaşayan və müxtəlif rəislər, türmələr görən bir məhbus kimi vicdanımın qarşısında bəzi şeyləri yazıb sizə göndərirəm. Yəni onsuz da mənə olan olub. Bu məktubla heç bir xüsusi imkan əldə edə bilmərəm. Məsələ belədir ki, mənim cəza çəkdiyim Ədliyyə Nazirliyinin Penitensiar Xidmət idarəsinin 11 saylı cəzaçəkmə müəssisəsinə yenicə təyin olunan ədliyyə polkovnik-leytenantı R.Ə. Bayramovun müəssisəyə gəlişi ilə məhkumların ən ağrılı yeri olan məhkəmələrə məhkumların təqdimatı və onların azadlığa buraxılması sahəsində görülən işlər göz qabağındadır. Bunu danmaq olmaz. Az müddət ərzində neçə neçə məhkumların məhkəməyə təqdim edilərək şərti olaraq vaxtından əvvəl azadlığa çıxması islahın bariz nümunəsi olmaqla yanaşı digər cəza çəkən məhkumların islahında böyük dönüş yaradıb. Yeni rəhbərliyin addımını bütün məhkumlar ürəkdən alqışlayır və təqdirəlayiq hesab edirlər. Eyni zamanda məhkumların ədalət mühakiməsinə inamını artırır.

Məhkumların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bütün yataqxanalarda və cərimə təcridxanasında sanitar qovşaqları təzələnıb, əlavə su xəttləri çəkilib.

Məhkumlar tərfindən dini etiqadlarını həyata keçirilməsi məqsədilə ibadət otağında onlar üçün lazımi şərait yaradılıb.
Yəni bu işləri qısa müddətdə görmək mümkündürsə deməli rəhbərlik dən çox şey asılıdır. Doğurdan da kadrlar hər şeyi həll edir. Düzgün seçim, düzgün təyinat idarəetmənin düzgün formasıdır. Müəssisənin bu günü üçün və məhkumlara hyaradılmış şəraitə görə əməyi keçənlərə təşəkkür edirəm” .