“Heç bir fikrim yoxdur” - Roman Qriqorçuk

 “Heç bir fikrim yoxdur”
Oxunma sayı: 900

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. "Qafqazinfo" xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Ümumlikdə, komandanın oyunundan razı qaldım. Çatışmayan tək şey qol vəziyyətlərini reallaşdıra bilməməyimizdir. Ona görə nəticə bizi qane etmir.

- "Qarabağ"ın "Zirə" ilə görüşdə xal itirəcəyinə inanırsınız?

- İndiki vəziyyətdə bu barədə düşünmürəm. Bizə vacib olan "Qarabağ"la öz oyunumuz haqda fikirləşməkdir.

- "Qəbələ" son turlarda xal itirdi. Bəlkə komandanız çempionluğa hazır deyil?

- İrəlidə 5 oyun var, bu, 15 xal deməkdir. Çempionatın sonunda bu sualı cavablandıra bilərəm.

- Bəzən Ukrayna mətbuatında sizin adınız hanısısa klubla yanaşı hallanır. Bu isə söhbətlərə yol açır ki, "Qəbələ" çətinə düşən kimi məqsədli şəkildə belə xəbərlər çıxır...

- Bu mövzuda danışmaq istəmirəm. Başa düşə bilmirəm, bu necə ola bilər. Heç bir fikrim yoxdur. Şərh verməyəcəyəm.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi