“Heç bir kişinin pulu ilə xeyriyyəçilik etmirəm”- - Rəqsanə

hec-bir-kisinin-pulu-ile-xeyriyyecilik-etmirem-
Oxunma sayı: 1373


“Qafqazinfo”gecce.az-a istinadən xəbər verir ki, sözügedən proqramda səhhəti ilə bağlı yardım istəyən Abbasa müğənni Rəqsanə yardım əlini  uzadıb. Belə ki, əməliyyatı Almaniyada baş tutacaq Abbasın müalicə haqqının çox hissəsini sənətçi öz boynuna götürüb.

“Mən bu verilişi neçə vaxtdır izləyirəm. Sizin qəhrəmanınız Abbasa kömək etmək istəyirəm. Bilirəm ki, Abbasın əməliyyatı üçün böyük məbləğdə pul lazımdır. Mən yığılan məbləğin çox hissəsini öz üzərimə götürürəm. Mənim etdiyim yardım haladır. Çünki bu yardımı  səhər dördə-beşə kimi oxuduğum toylardan qazandığım  pulu ilə edirəm. 

Heç bir kişinin pulu ilə bu yardımı etmirəm. Bəziləri var ki, kimlərəsə güvənib xeyriyyə adımlarını atır. Nə atam, nə qardaşım, nə də arxamda pullu adam yoxdur ki, mənə pul buraxsın. Elə vaxt olub ki, Aysunun telefonunu satıb problemimi həll etmişəm. Gərək yardımı da təmiz ürəklə edəsən.”