“Heç bir kişiyə o gözlə baxmıram”

hec-bir-kisiye-o-gozle-baxmiram-
Oxunma sayı: 5506


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni jurnalların birinə verdiyi müsahibədə qısqanc olmayan və zəhmətkeş kişi axtardığını bildirib: “Bir kişinin mənim pulumla yaşamasını istəmirəm. Belə bir vəziyyətdə ona qapını göstərərəm . Mini ətək geyinə bilməzsən, rəqs edə bilməzsən deyə bilməz. Dəli olaram. Bir kişidən çox şey gözləyirəm. Bu gözlədiklərimin heç biri maddi deyil. Anam hər zaman “Öz ayaqların üzərində dur , sevdiyin adamla evlən” deyir. Onsuz da çox şükür öz paramı qazanıram və heç bir kişiyə o gözlə baxmıram. Yanımda dayanacaq kişinin də çox çalışması lazımdır. Yəni gəlib mənim paramla yaşasın istəmirəm. Ayrıca eqosuz , komplekssiz , rahat biri olmalıdır. Bir az qısqanc ola bilər, amma səhnədə mənə əsla qarışa bilməz. Bu mövzuda da böyük danışıram , çünki icazə vermərəm . Səhnə mənim həyatımdır. İndi birdən həyatıma biri girəcək və mənə səhnədə mini ətək geyinə bilməzsən, elə rəqs edə bilməzsən deyəcək? Dəli olaram. Uşağı 45 yaşında da doğa bilərəm. Allah icazə versə təbii. Ailə qurmaq mənə çox uzaq gəlir . Həyatımda kimsə yoxdur. Olsun istəyirəm”.