“Heç bir ölüm hadisəsi olmayıb...” - Partlayışla bağlı açıqlama

“Heç bir ölüm hadisəsi olmayıb...”
Oxunma sayı: 2075

“Hadisənin necə olduğunu demək üçün hələ tezdir. İlkin versiyada qaz sızmasının olduğu ehtimal olunur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azəriqaz İstehsalat Birliyinin baş direktor müavini Ruslan Əliyev partlayışla bağlı jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisinin sözlərinə görə, sözügedən ərazidən "Azəriqaz"a məxsus hər hansı bir qaz kəməri keçmir:

“Qaz kəməri yolun əks tərəfindən keçir. Buradan keçən qaz kəməri isə MTK-ya məxsusdur və hündürmərtəbəli binanı qazlaşdırır. Həmin ərazidə dünən qazıntı işi aparılıb. Binanın düz yanında. Çox güman ki, kəmərə toxunulub. Heç bir ölüm hadisəsi olmayıb, yüngül bədən xəsarəti alan bir nəfər var”. 

Qeyd edək ki, səhər saatlarında Nəsimi rayonu, Dəmir yolu vağzalının yaxınlığındakı yaşayış binasında partlayış hadisəsi baş verib.

***

Partlayış zamanı yaralanan şəxsin kimliyi bəlli olub. “Qafqazinfo” xəbər verir ki, həmin şəxs 1961- ci il təvəllüdlü Zahid Mahmudovdur. O, 5 saylı xəstəxanaya aparılıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi