“Heç cür problem olmayacaq” - “Zirə”nin rəqibinin çalışdırıcısı

hec-cur-problem-olmayacaq
Oxunma sayı: 636

Rəqibin hansı taktikadan istifadə edəcəyini təxmin edirik.

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Differdanj”ın baş məşqçisi Paskal Karzaniqa oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, fransalı mütəxəssis ilk öncə oyunla bağlı fikirlərini bildirib:

- Əvvəlcədən nə isə demək düzgün olmazdı. Sabahkı oyundan sonra konkret nə isə demək olar.

- Rəqibi təhlil etmisiz?

- Bundan öncə Azərbaycana gəlmişdik. “Dudelenaj”ın baş məşqçisi olanda “Qarabağ”la qarşılaşmışdıq. Rəqibin hansı taktikadan istifadə edəcəyini təxmin edirik.

- 3 futbolçunuzun işlə bağlı problemi var idi. Bu, bizim ölkədə maraqla qarşılandı. Demək olar ki, “Differdanj” yarımhəvəskar komandadı?

- Bir nəfər oyunçumuz gəlməyib.

- Əsas heyət oyunçunuzdu. Bu, problem yaratmayacaq ki?

- Yox, bu, heç bir problem yaratmayacaq.

- Hava istidi. Bu, sizin komandaya əlavə çətinlik yaratmayacaq ki?

- Xeyr, biz bu cür havada oynamağa öyrəşmişik.