“Heç kimdən pul almamışam”

“Heç kimdən pul almamışam”
Oxunma sayı: 1014

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Vəliyev ifadə verərək deyib ki, ona şər atılıb: “2008-ci ildə Nazirlər Kabnetinin qərarı ilə Hövsan bələdiyyəsinə 10 hektar torpaq ayrıldı. Bu, Əfqanıstan veteranları üçün deyildi. Bizim təşkilat veteranlara torpaq sahəsi vermir, sadəcə sənədlərini baxılması üçün bələdiyyəyə göndərirdik. Burada ifadə verənlərin heç biri cəmiyyətin üzvü deyil. Onlar 1990-cı illərdə hardansa vəsiqə əldə ediblər. İndi də gəlib deyirlər ki, “biz veteranıq”. Heç kimdən pul almamışam, burdakıların çoxunu da tanımıram”.

Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpağı adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi