“Heç kimdən qorxmuram” - Roman Qriqorçuk

hec-kimden-qorxmuram
Oxunma sayı: 1155

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Səbail” – “Qəbələ” (1:3) matçından sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. “Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis jurnalustlərin suallarını cavablandırıb. 

- Halideyin epizodunda ofsayd var idi?

- Halideyin fərqləndiyi epizodda əmin idim ki, ofsayt yox idi. Biz oturduğumuz yerdən elə görünürdü.

- Cavid Hüseynovun zədəsi nə yerdədi?

- Ondan soruşdum. Qorxdu ki, nəsə ciddi bir şey ola bilər. Ona görə də vaxtında əvəzlədim.

- “Sumqayıt”la oyundan sonra da hakimləri tənqid etmişdiniz. Düşünmürsünüz ki, Fariz Nəcəfovun AFFA rəhbərliyini tənqidi əks təsir edir?

- Burda olduğum müddətdə həmişə fikirlərimi açıq şəkildı deyəcəm, heç kimdən qorxmuram.  Demirəm ki, hakimlər istəyərk edir. Amma əvvəlki illərdə səhvlər görmüşük deyə danışmalıyıq.

- Bugünkü hakimliyi necə dəyərləndirirsiniz?

- Skamyada ofsayd olmadığını görürük, amma hakimlər rahat yerdən epizodu görmür.

- İlk yarıda Dabodan narazı idiniz. Sizcə, soyuq başla düşündükdə ona qarşı haqsızlıq etdiyinizi düşünmürsünüz?

- İlk yarıdan soyuqqanlı idim. Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı, demək ki, nəsə səbəb var.

- Deyəsən hələ də yaş limitinə uyğun gələn oyunçunu tapa bilməmisiniz. Hər dəfə fərqli futbolçuları buraxırsınız...

- Əlimizin altında 5-6 gənc oyunçu var, onlara inanırıq. Hazırda istəyimizə Qismət Alıyev cavab verir, amma digərlərinə inanırıq.