“Heç kimin sevmədiyi çirkin qadın vardı...” - Məşhur psixoloq özündən yazdı

hec-kimin-sevmediyi-cirkin-qadin-vardi
Oxunma sayı: 13840

“Bir zamanlar heç kimin sevmədiyi çirkin bir qadın var idi. Daha sonra o hamıya göstərdi ki, çirkinlik zahirən yox, daxilən olur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri məşhur psixoloq Narınc Rüstəmova sosial şəbəkədə yazıb. Xeyli kilo verən psixoloq illər əvvəlki fotosu ilə yeni fotosunu müqayisə edib. O, xarici görkəmindəki bu dəyişikliklərin həyat yoldaşının sevgisi ilə olduğunu etiraf edib:

“Həmin çirkin qadını şərtsiz sevən bir cəngavər var idi. Gülüşü ilə ona hüzur, baxışı ilə içini isitdiyi, sözləri ilə qəlbini oxşayan cəngavər. O baxış heç əskilmədi. Bu çirkin qadın bir gün gəldi, hər kəsə göstərdi ki, çirkin qadın yoxdur, sadəcə baxımsız qadın var. Məhəbbəti, övladı üçün fədakarlıq edən qadın var. Onun baxımı artdı, daxili isə heç dəyişmədi. Hər zaman cəngavərinin gözündə gözəlçə şahzadə olaraq qaldı”.

Psixoloq zərif görünməyin hər kişi və qadının yaşam borcu olduğunu və bu halın sevgiyə yeni nəfəs gətirdiyini bildirib.
Qeyd edək ki, Narınc Rüstəmova həmkarı Elnur Rüstəmovla evlidir. Cütlüyün 2 oğul övladı var.

Günel Hacı