“Heç qorxağa oxşamırsan” - Spikerdən Zahid Oruca

“Heç qorxağa oxşamırsan”
Oxunma sayı: 34

Millət vəkili Zahid Oruc “Milli Məclisin deputatının etik davranışı haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib. 

“Qafqazinfo”nun məlumatına görə, o, qeyd edib ki, bu o deməkdir ki, bununla parlament məhkəmə səlahiyyətlərini mənimsəmiş olacaq: “Dünya təcrübəsində belədir ki, cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, onun qərarı ilə də sonlandırırıq. Ancaq biz daxili nizamnamədə dəyişiklik edəcəyiksə, bu parlamentin nüfuzuna zərbə dəyə bilər. Eyni zamanda, əgər Milli Məclis öz üzvünü özü deputatlıq  səlahiyyətindən məhrum edirsə, onda məhkəmənin səlahiyyətini mənimsəmiş olacaq. Ancaq məsələn, region ölkələrində belə bir kodeks yoxdur. Bu yaxınlarda Gürcüstan parlamentində  kimsə qələmlə başqasının başını yarmışdı. Buna görə heç bir cəza almamışdı. Amma Gürcüstan parlamenti dövlət quruculuğunda mühüm yer tutur. Onlarla ölkə deyə bilərəm ki, orada deputat haqda belə qanun yoxdur. Məsələn, bu məsələdə birinci yerdə Danimarka parlamentidir. Orada belə bir qanun yoxdur. İndoneziyada belə bir qanun var, amma bu məsələ ilə bağlı dünya sıralamasında 88-ci yerdə dayanır. Bu, parlamentdə qorxaqlıq yaradacaq”. 

Spiker Oqtay Əsədov isə həmkarının çıxışına belə reaksiya verib: 

“ Heç qorxağa oxşamırsan, götürüb danışırsan. Burada səlahiyyət mənimsənilməsindən söhbət gedə bilməz”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi