“Heç vaxt belə qol vurmamışdım” - Filip Ozobiç

hec-vaxt-bele-qol-vurmamisdim
Oxunma sayı: 2359

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsinin cavab matçında Albaniyanın “Partizani” klubunu 2:0 hesabıyla məğlub edərək mübarizədən kənarlaşdırıb.

“Qafqazinfo”ya qarşılaşmadan sonra açıqlama verən birinci qolun müəllifi Filip Ozobiç qələbəni şərh edib:

“Çox çətin oyun oldu. Rəqib müdafiədə əla oynayırdı. Müdafiəyə xüsusi diqqət ayıran komanda idi. Gərgin oyun oldu, amma mərhələ adladıq”.

Xorvatiyalı yarımmüdafiəçi vurduğu qoldan da danışıb: “Başla fərqləndim. Heç vaxt belə qol vurmamışdım. Peşəkar karyeramda başla vurduğum ilk qoldur”. 

Ozobiç növbəti mərhələdə rəqibləri olan “Dundalk” haqqında da fikirlərini bildirib: “Onlar haqqında heç bir məlumatımız yoxdur. Növbəti həftə maraqlanacağıq. “Dundalk”ın “Partizani”dən güclü və zəif rəqib olduğunu da deyə bilmərəm”. 

Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq haqqında danışmağın tez olduğunu deyib: “Çox tezdir bu barədə danışmaq üçün. Biz də çalışırıq ki, uğurlu nəticə əldə edək”

Elsevər