“Heç vaxt “mən kişiyəm” deməmişəm…” – - Nadir Qafarzadə

hec-vaxt-men-kisiyem-dememisem-
Oxunma sayı: 3215


“Qafqazinfo”nun Mövqe.az-a istinadən verdiyi məlumata görə, müğənni əsəblərini cilovlaya bilməyib. Bəzi kişilikdən dəm vuran həmkarlarını yerində oturdan N.Qafarzadə açıqlamasında bildirib:

“Kimdə nə yoxdursa, bu gün efirə çıxanda onu dilə gətirir, ondan danışır. İndi yeni dəb düşüb, hər kəs kişiliyi ilə gündəmə gəlir. Kişilikdən danışır. Ay qardaş, bildik də sən də kişisən. Mən heç vaxt “mən kişiyəm” deməmişəm. O sözü dilə gətirməmişəm. Xalq hər şeyi, hər kəsi görür”.