“Heç vaxt qol vuracağımla bağlı söz vermirəm” - Rüfət Dadaşov

hec-vaxt-qol-vuracagimla-bagli-soz-vermirem
Oxunma sayı: 1386

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah Farer adalarını qəbul edəcək Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Oyunla bağlı çox danışmaq lazım deyil. Nə qədər vacib olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, həm yaxşı oyun göstərək, həm də nəticə ürəyimizcə olsun.

- Farer adaları daha çox standart vəziyyətlərə üstünlük verir. Bunun sizin üçün bir fərqi varmı?
- Bütün diqqətimiz öz oyunumuzdadı. Bizdə də standart vəziyyətdən yaxşı yararlanan oyunçular var, başla oynaya bilirik. Rəqibin başla oynamaq gücündən çəkinmirik. Bundan çəkinmirik və hazırıq.

- Almaniyadan gələndə qarşıdakı iki oyunda qol vuracağınıza dair kiməsə söz vermisiniz?
- Heç vaxt qol vuracağımla bağlı söz vermirəm. Qol vurmaq mənim işimdi. Amma sabah kimin qol vurmağı vacib deyil. Əsas odur ki, qələbə qazanaq və Kosovo ilə matça daha yaxşı motivasiya ilə çıxaq.