Həcc ziyarətinə yola düşmə tarixləri dəqiqləşib

Həcc ziyarətinə yola düşmə tarixləri dəqiqləşib
Oxunma sayı: 94

Həcc ziyarətinə yola düşmə tarixləri dəqiqləşib. Ümumilikdə bu il 2 000 zəvvar 44 avtobus və 5 təyyarə ilə müqəddəs məkanlara yollanacaq.

Ümumilikdə 44 avtobus iki karvan şəklində gedəcək. Oktyabrın 23-ü yola düşəcək ilk karvanda 18 avtobus, oktyabrın 24-ü yola düşəcək ikinci karvanda isə 26 avtobus olacaq. 28-31 oktyabr tarixlərində isə zəvvarlar 5 təyyarə ilə Həcc ziyarətinə yola düşəcək.

Ümumilikdə bu il Azərbaycandan 2000 zəvvar müqəddəs məkanlara yola düşəcək. Ziyarət səfərlərinin qiymətinə gəlincə, əgər ötən il zəvvarlar avtobuslarla Həccə 2 500 manat ödəməklə yola düşürdülərsə, bu il bu məbləğ artaraq 2 650 manat olub.

Təyyarə ilə səfər edənlər isə əgər ötən il 3500 manat ödəmişdilərsə, bu il bu rəqəm 250 manat artaraq 3750 manat olub. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar Suriyada baş verən hadisələrlə əlaqədar olaraq, bu il Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə gedəcəklər.

Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.

ANS


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi