Həccə gedənlərin sayı açıqlandı

hecce-gedenlerin-sayi-aciqlandi
Oxunma sayı: 722

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) SalamNews-a verilən məlumata görə, indiyədək sənəd verənlərin sayı 2250 nəfəri keçib. Bu il üçün nəzərdə tutulan kvota 2400 nəfər təşkil edir. Ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdan ibarətdir. Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq.

Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər QMİ-də qəbul olunur.