Hədə-qorxu gəlib 1 cüt sırğa və qızıl boyunbağı oğurladı

hede-qorxu-gelib-1-cut-sirga-ve-qizil-boyunbagi-ogurladi
Oxunma sayı: 654

Dekabrın 2-də C. Məmmədquluzadə küçəsində Bakı şəhər sakini Daşqın Qarayev Orxan Kərimovun qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri yetirdiyi üçün Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 2-də Bakı şəhər sakini, əvvəllər məhkum olunan Anar Mirzəyev B. Səfəroğlu küçəsində yaşayan Svetlana İvanovanın evindən oğurluğa cəhd etdiyinə görə Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub və üzərindən 0, 175 qram heroin aşkar edilib.

Binəqədi RPİ CAŞ, 40-cı PB və Abşeron RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Əmrulla İsmayılov dekabrın 2-də yaxalanıb və üzərindən 0,361 qram heroin aşkar edilib.

Noyabrın 12-də üzlərində masqa olan şəxslər C. Şərifov küçəsində yaşayan İlkin İbrahimovun evinə daxil olub bıçaq və tapançaya oxşar əşya ilə hədə-qorxu gəlib 1 cüt sırğa və 1 ədəd qızıl boyunbağı alaraq gediblər. Sabunçu RPİ CAŞ, 12 və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Eldar Lançova, Bakı şəhər sakinləri Cavanşir Qənbərov və Əsəd Məmmədov tutulmuş, cinayətdə şübhəli bilinən digər şəxslərin isə saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Dekabrın 1-i saat 16:10 radələrində Nobel prospektində Çingiz Mahmudzadə idarə etdiyi «Nissan-Sanni» markalı avtomobili idarəetməni itirilməsi nəticəsində maneəyə vurmuş, nəticədə sərnişin Tufan Ağakərimov 2 saylı xəstəxanaya daxil olmuş və orada ölüb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Nizami Məmmədov dekabrın 1-də yaxalanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Aydın Abbasov dekabrın 1-də yaxalanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddəsi ilə axtarışda olan İbrahim Abdullayev dekabrın 1-də yaxalanıb.