Həftə sonu “Bakmil” stansiyası normal qrafikdə işləyəcək

hefte-sonu-bakmil-stansiyasi-normal-qrafikde-isleyecek
Oxunma sayı: 1476

Təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət şənbə və bazar günləri (11-12 avqust tarixlərində) tətbiq edilməyəcək.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərnişinlər qeyd edilən tarixlərdə “Bakmil” stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.

Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Həmin saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 13-dən tətbiq ediləcək.