Həftənin ilk günü havamız xoş olacaq

heftenin-ilk-gunu-havamiz-xos-olacaq
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Əksər rayonlarda temperatur gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.