Həftənin ilk iş günü hava yağıntılı olacaq

heftenin-ilk-is-gunu-hava-yagintili-olacaq
Oxunma sayı: 894


Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli az yağıntılı olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, Bakıda havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.

Aran rayonlarında havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacağı ehtimalı vardır.

Dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.