Həftəsonu güclü külək əsəcək

heftesonu-guclu-kulek-esecek
Oxunma sayı: 698

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, sentyabr ayının 25-də atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Nigar Məmmədli