Həftəsonu güclü xəzri küləyi əsəcək

heftesonu-guclu-xezri-kuleyi-esecek
Oxunma sayı: 723

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Fevralın 17-18-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün nisbətən əlverişlidir. Fevralın 19-da atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda soyuq və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında da bu gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Nigar Məmmədli