Həftəsonu havamız necə olacaq?

heftesonu-havamiz-nece-olacaq
Oxunma sayı: 646

Qafqazinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında sabah sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq, havanın temperaturu gecə 17-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.