Həftəsonu küləkli keçəcək

heftesonu-kulekli-kececek
Oxunma sayı: 648

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 19-23, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Sentyabrın 03-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik müsbət amil olsa da, güclü külək meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Nigar Məmmədli