Həftəsonunda 11 nəfər öldü, 38 nəfər yaralandı - Yol terroru

heftesonunda-11-nefer-oldu-38-nefer-yaralandi-yol-terroru
Oxunma sayı: 649

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 25-də 9 yol qəzası baş verib ki, nəticədə 6 nəfər ölüb. Daha 17 insan isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Avqustun 26-da isə Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 21 nəfər isə yaralanıb.