“Həkim mənə dedi ki, 4 ay ömrün qalıb”

hekim-mene-dedi-ki-4-ay-omrun-qalib
Oxunma sayı: 4271


Axşam.az-ın məlumatına görə, bu haqda açıqlamanı xalq artisti Zülfiyyə Xanbabayeva “ATV Maqazin” dərgisinə müsahibəsində deyib. 

Müğənni həkimlərin ona səhv diaqnoz qoyduqlarından söz açıb: 

“Bir müddət əvvəl ağlıma yalnız bir fikir gəlirdi: xəstələnəcəm və mənə mütləq nəsə olacaq. Bir gün həkimə getdim və diaqnoz qoydular: sənin dörd ay ömrün qalıb. Üç gün necə yaşadım onu bir Allah bildi. Dördüncü gün həkim zəng vurdu və üzr istədi: Zülfiyyə xanım bağışlayın səhv olub. O an düşündüm ki, bu diaqnoz mənim təxəyyülümün nəticəsi olub. Bu xəbərdən sonra uzun müddət özümə gələ bilmirdim. Depressiyaya tez-tez düşürəm. Hamiləlik vaxtıda bu cür hallar yaşayırdım. Hətta psixoloq yanına da getdim. Yenə də nəticədə özüm xilas oldum. Əgər yaradıcı insan depressiyaya düşmürsə, onda nəsə anormallıq var”.