Həkimlər damarını tapa bilmədi, ölüm cəzası təxirə düşdü

Həkimlər damarını tapa bilmədi, ölüm cəzası təxirə düşdü
Oxunma sayı: 3843

ABŞ-da haqqında ölüm hökmü çıxarılan cinayətkar sağ qala bilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər 2 saat çalışsalar da, inyeksiyanı vurmaq üçün cinayətkarın damarını tapa bilməyiblər. 

Durumdan qəzəblənən məhkumun vəkili isə bildirib ki, ona ümumiyyələt iynə vurulmamalı idi. Belə ki, uzun müddədir narkotikdən istifadə, xərçəngdən və hepatitdən müalicə Xemmin damarlarını zədəlyib. 

Uğursuz ölüm hökmü ilə bağlı araşdırma başlayıb. Xemm isə hələ də sağdır. 

Qeyd edək ki, Doyl Xemm hələ 1987-ci ildə qətl və oğurluğa görə ölüm hökmünə məhkum edilmişdi. O, tam otuz ildir ki, ölüm hökmünün icrasını gözləyir. 

Daha əvvəl BMT hüquq müdafiəçiləri ABŞ hökumətini ağır xəstə olan kişi ilə bağlı çıxarılan hökmü ləğv etməyə çağırıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi